T.Purşer ABŞ-da Sauber-lə trasa çıxacaq

Formula2 sürücüsü Teo Purşer gələn həftəsonu ABŞ-da birinci sərbəst yürüşlərdə trasa çıxacaq.

F-1.az bildirir ki, bu fransalı sürücünün Formula1-dəki ilk sessiyası olacaq. O, təcrübəli Bottası əvəz edəcək. Bundan başqa Teo gələn ildən komandanın ehtiyat sürcüsü olacaq. Hazırkı ehtiyat sürücü Kubitsanın gələcəyi müəmmalıdır.

Teo Purşer: “Ostində ilk dəfə sərbəst yürüşlərdə iştirak edəcəm və həyəcanlıyam. İkinci dəfə Formula1 bolidinin sükanı arxasına keçəcəm. Lakin bu ilk rəsmi sessiyamdır. Elə bil ki, yuxum reallaşır. Mənə güvəndikləri üçün Alfa Romeo-ya təşəkkür edirəm. Trasa çıxmaq üçün səbirsizlənirəm. Bu fürsətdən maksimum formada yararlanacam və komandaya kömək etmək üçün əlimdən gələni edəcəm”.

Frederik Vassyör: “Teo həm bu il, həm də əvvəlki mövsümlərdə yaxşı performans göstərib. Onun dörd ildir ki, yaxından işləyirik. Həm sürücü, həm də insan kimi inkişaf edir. Ona fürstə verdiyimiz üçün sevincliyik. Buna layiqdir. Əminik ki, performansı ilə bizə təsir edəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*