S.Peres: Maksimumu aldım

Racing Point komandasının sürücüsü Serxio Peres bildirib ki, Soft təkərləri yaxşı istifadə etməklə dördüncü olublar.

F-1.az xatırladır ki, meksikalı sürücü pis startla 4-cü yerdən 6-cı yerə geriəyib, amma Soft təkərləri yaxşı işlətdiyi üçün trasda 23 dövrə qala bilib. Pit-stoplardan əvvəl gözəl hücumla Rikkardonu geridə qoyan Peres, pit-stopda Okonu da keçərək, dördüncü olub.

Serxio Peres: “Startı çıxmaq şərti ilə hər şey yaxşı idi. Cüt tərəfdə ilişmə yox idi və buna görə də maşın sürüşdü. Beləliklə, Renault-lar məni geridə qoydular. Amma Soft təkərləri yaxşı işlətdik və onlar yarışımızı asanlaşdırdılar.

Daniel Soft təkərlərlə problem yaşayırdı və onu ötmək lazım idi. Tək şansım oldu və onu da dəyərləndirdim. Dördüncü yer maksimum nəticə idi. Ümid edirəm ki, növbəti yarışlarda yeniliklərdən istifadə edərəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*