20 Avqust 2019, Çərşənbə axşamı - 18:39

A.Seliş Meksikada ilk sərbəst yürüşlərdə Okonu əvəzləyəcək

A.Seliş Meksikada ilk sərbəst yürüşlərdə Okonu əvəzləyəcək

Müəllif: Elçin Zodorov, redaktor

10:06 - 24 Oktyabr, 2017

Bu, Force İndia-nın meksikalı ehtiyat sürücüsü Alfonso Selişin cari mövsümdə məşqlərində iştirak edəcəyi üçüncü Qran Pridir.

F-1.az xatırladır ki, o, Avstriya Qran Prisində ilk məşqlərdə Serxio Peresi, Macarıstan Qran Prisinin ilk məşq sessiyasında isə Esteban Okonu əvəzləmişdi. Apreldə Bəhreyndə keçirilən mövsümiçi testlərdə komandasına kömək edən Alfonso qarşıdakı həftəsonu öz ölkəsində sükan arxasına keçmək şansı əldə edib.

Qeyd edək ki, Alfonso hazırda Formula V8 3.5 seriyasında çıxış edir və sona iki yarış qalmış çempionatda dördüncü yerdədir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 908
Teqlər , , , ,
Paylaş

logo