E.Okon: “Bakını unutmayacam”

Force İndia komandasının sürücüsü Esteban Okon bildirib ki, Azərbaycanda karyerasının ən yaxşı sıralanma turunu keçirib.

F-1.az xatırladır ki, fransalı sürücü doğma Bakımızın küçələrində keçirilən sıralanma turunda 7-ci yeri tutaraq, karyerasının ən yaxşı sıralanma turu nəticəsini əldə edib.

Esteban Okon: “Karyeramdakı ən yaxşı sıralanma turu idi. Ən yaxşı nəticəmi əldə etdim. Son cəhdimdə kiçik səhv etdim və böyük ehtimalla bir yer itirdim, lakin komanda olaraq hər dövrə inkişaf edirik. Bu gün son həddi də aşmışdım. Üç dəfə divarların tozunu sildim. Bunu cümə günü etməmişdim və şənbə günü bütün gücümü ortaya qoymaq istədim. Yarışda yerimiz əla olacaq və bilirik ki, burada yaxşı nəticə ala bilərik. Çox çətin trasdayıq. Ən vacib şey isə yarışı bitirmək olacaq. Əgər yarışı bitirə bilsək, əla xallar alacağıq. Tempimiz yaxşıdır və yüksək nəticə qazana bilərik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*