P.Qasli Halo-nu test edərkən təəccüblənib

Gənc sürücü qoruma sisteminin görüntüyə çox da təsir etmədiyini bildirib.

F-1.az xəbər verir ki, komanda yenilənmiş Halo sistemini Silverstounda testlərin ilk günündə Pyer Qaslinin idarə etdiyi maşına yerləşdirib. Sistemin yerləşdirildiyi maşınla 2 dövrə vurduqdan sonra boksa qayıdan fransız sürücü təəssüratlarını bölüşüb: “Əslində görüntünün dəyişməməsinə görə təəccübləndim. Amma içəridən bir az qəribə görünür. Dəbilqənin üzərində nəyinsə olduğunu görürəm. Düz irəli baxdığımda üçbucaq formasında görünür”.

Qasli qoruma sistemlərini dəstəkləmədiyini də bildirib: “Mənim fikrimcə, Formula1 maşınlarının üstü açıq olmalıdır. Buna görə də, bu sistemləri çox da xoşlamıram. İçəridən baxdıqda, elə də ciddi fərq yoxdur. Hansı qərarın qəbul ediləcəyini görəcəyik”.

Xatırladaq ki, Red Bull Haloya alternativ olaraq AeroScreen adlandırılan bir sistem hazırlamış, lakin FİA bu sistemi 2017-ci il üçün qəbul etməmişdi.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*