Vassyör: Red Bull açıq şəkildə fərqli və daha yaxşı bir şey edir

Red Bull maşınlarında DRS-in effektivliyi rəqiblərini heyran edib - onlar da bu istiqamətdə işləyirlər, lakin Ferrari komandasının başçısı Frederik Vassyör etiraf edib ki, liderlərin üstünlüyü hələ də çox böyükdür.

F-1.az xatırladır ki, Maks Ferstappen DRS zonasında onun yanından uçarkən radioda Lyuis Həmilton – “Mən Formula1-də heç vaxt belə sürətli maşın görməmişdim”, – demişdi…

Frederik Vassyör: “Biz başa düşməliyik ki, onlar belə effektə necə nail olublar. Mövsümlərarası fasilədə fərqin bir hissəsini kompensasiya etdik – keçən il bu, daha aydın görünürdü, lakin bu sahədə işi davam etdirmək lazımdır.

Bizim növbəti addımı atmaq imkanımız var, amma onlar açıq-aydın bizdən fərqli bir iş görürlər və bunu daha yaxşı edirlər. Amma biz işləməyə davam edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*