F.Vassyör: Hər şey bir adamdan asılı deyil

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, komanda işi çox vacibdir.

F-1.az xatırladır ki, Frederik Vassyör bu il Ferrari komandasının rəhbəri vəzifəsinə başlayacaq. Əksəriyyət isə ondan çempionluq gözləyir.

Frederik Vassyör: “Hazırda komanda işi çox vacibdir. Bir neçə il əvvələ nisbətən daha önəmlidir.

Uğur üçün komanda işi, işçilərin sayının artması və şöbələr arasındakı koordinasiya artmalıdır. Tək adamın təsiri azdır. Lakin bu o demək deyil ki, onların təsiri azdır, çünki onlar illər keçdikcə mütəxəssisə dönürlər. Burada mütəxəssislərin rolu danılmazdır.

Lakin hazırda bu mütəxəssislərə düzgün yön vermək çox vacibdir. Bu da inkişaf tempinə təsir edir.

Bundan başqa yeni nəsil mühəndislərin də idmana baxışları dəyişib. Yeni nəsil əvvəlki nəsildən fərqli olaraq texnologiyaya və fizika qanunlarına hörmət edirlər.

Buna görə də belə zidd beyinlərin bir-birinə qarışmaması üçün komandaya düzgün yön verən təcrübəli rəhbər çox vacibdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*