F.Vassyör: Red Bull-dan çox geri qalmırıq

Ferrari komandasının rəhbəri Frederik Vassyör düşünür ki, Red Bull-la fərq keçənilki qədər çox deyil.

F-1.az xatırladır ki, Ferrari bu il düzlüklərdə sürətlənməyi hədəfləsə də, Red Bull-a yenə də çata bilməyib.

Frederik Vassyör: “Red Bull-dakı DRS sistemi fərq yaradır. Digər komandalardan daha sürətlidirlər. Sürət fərqi keçənilki qədər çox olmasa da, bunu necə bacardıqlarını anlamalıyıq.

Düşünürdük ki, onlara çatarıq və buna görə çox məyusuq. Lakin aradakı fərq əvvəlki kimi böyük deyil. Onlara çatmağı hədəfləyirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*