D.Rikkardo: “Renault mühərriyi keçənilki kimidir”

Daniel Rikkardo testlərin ilk gününü üçüncü yerdə bitirməsinə baxmayaraq, bildirib ki, Renault mühərrikləri yenə də əvvəlki kimidir...

F-1.az xəbər verir ki, Renault mühərrikləri keçən il mövsümöncəsi testlərə pis başlamışdılar, amma builki start nisbətə qənaətbəxş alınıb. Red Bull komandasının sürücüsü bu barədə fikirlərini bölüşüb: “Bu mühərrik keçən ilin sonundakı mühərriyə bənzəyir.

Bu pis deyil. Keçən ilin bu vaxtı ilə müqayisə etsək, bu daha yaxşı platformadır. Bu gün qəliz problemlər yaşamadıq. Bir az xoşbəxtəm, çünki yaxşı start aldıq. Hazırda deyəcəklərim bura qədərdir.

Hələki yarış tempində deyilik və güc üçün hər şeydən istifadə etmirik. Hazırda hər şey gözlədiyimiz kimi gedir. Komanda bizə əvvəlcədən demişdi ki, ən azı testlərdə hər şey keçənilki kimi olacaq.

Hazırda vəziyyət belədir. Yaxşı start almışıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*