19 Noyabr 2019, Çərşənbə axşamı - 07:22

D.Rikkardo: “Yanvarın 2-də hazırlıqlara start verəcəm”

D.Rikkardo: “Yanvarın 2-də hazırlıqlara start verəcəm”

Müəllif: Elçin Zodorov, redaktor

19:10 - 13 Dekabr, 2016

Qış testlərinə kifayət qədər vaxt var. Bu il komandalar Barselonaya əvvəlki illərlə müqayisədə nisbətən gec – fevralın 27-də yollanacaqlar.

F-1.az bildirir ki, Rikkardo bunun pis olduğunu düşünmür, çünki sürücülərin fiziki hazırlıq üçün kifayət qədər vaxtları olacaq.

Daniel Rikkardo: “Testlərin gec başlaması müəyyən mənada yaxşıdır. Bu, fiziki hazırlıq üçün daha çox imkan deməkdir. Nə vaxt ki, mövsüm uzun olur, bizim fiziki hazırlığa istədiyimiz qədər vaxtımız qalmır. Hər gün hansısa bir işə həsr olunur və tam bir həftə ərzində məşqlər etmək nadir hallarda mümkün olur.

Şadam ki, bu dəfə hazırlıqlara iki aya yaxın vaxtımız var. Yeni ili qeyd etdikdən dərhal sonra – yanvarın 2-də məşqlərimə başlamağı planlaşdırıram”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 679
Teqlər ,
Paylaş

logo