D.Rikkardo: “Keçənilki yarışı unuda bilmirəm”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, keçən il Monakoda qələbəni əldən verdikdən sonra bu il yenidən qazanmaq istəyir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü keçən il Monakoda karyerasının ilk poulunu qazansa da, komandası yarış zamanı pit-stopda onu gecikdirdiyi üçün ikinciliyə razı olmuşdu.

Daniel Rikkardo: “Keçənilki yarışdan sonra məyus olmuşdum. Qazanmaq üçün əlimdə bütün kartlar olsa da, sonda bunu bacara bilmədik. Bu hadisə artıq geridə qalıb, lakin buraya gələndə həmişə qazana bilmədiyim yarış yadıma düşür. Bu mövsüm bəlkə o qədər də rəqabətədavamlı deyilik, ancaq əlimizdən gələni edəcəyik. Keçən il burada sıralanma turunda atdığım dövrə karyeramın ən yaxşı dövrələrindən biri idi. Daha yaxşısını edəcəyimi düşünmürəm. Ümid edirəm bu il əlimizə bir fürsət keçər və qalib gələrik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*