D.Rikkardo: “Hədəfimiz Mercedes AMG deyil”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, onların hədəfi Mercedes AMG deyil...

F-1.az xəbər verir ki, hamı yeni mövsümdə Mercedes AMG ilə Ferrari arasında çempionluq mübarizəsi gözləyir.

Ancaq Mercedes AMG ilk qış testlərində çox güclü çıxış edib və almanların hegemonluğunun davam edəcəyini düşünənlər çoxalıb.

Daniel Rikkardo çempion komanda barədə fikirlərini bildirib: “Onlar hazırda çox güclüdürlər. Gözləyib, görəcəyik. Onlar Avstraliya QP-də dubl etsələr təəccüblənmərəm. Hətta mən düşünürəm ki, onlar ilk 4 yarışda dubl edəcəklər.

Hazırda bizim hədəfimiz onlar deyil. Onlar tərəfə baxmırıq. İlk yarışlarda biz istədiyimiz səviyyədə olmayacayıq.

Biz düşünürük ki, Avropa yarışlarından etibarən podiuma yaxın olacayıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*