N.Rosberq: “Həmiltona çatmaq qeyri-mümkün idi”

Sıralanma turunda ikinci yeri tutan Rosberq bildirib ki, Həmiltonun poul dövrəsinə çatmaq qeyri-mümkün olub.

F-1.az xatırladır ki, mövsümün son sıralanma turunda Həmilton komanda yoldaşını 0.3 saniyə qabaqlayaraq, poul qazanıb. Britaniyalı xüsusən də son sektorda digər sürücülərdən daha sürətli olub.

Niko Rosberq: “Buraya poul almaq və yarışı qazanmaq üçün gəldim. Buna görə də yaxşı olmadı. Lyuis daha yaxşı iş gördü və bir az sürətli idi. Bu gün o nəticəni göstərməyim qeyri-mümkün idi. Balans yaxşı idi və sıralanma dövrələri ərzində daha yaxşı hiss etdim. Son sessiyadakı son cəhdimdə güclü dövrə atdım, amma bu bəs eləmədi. Sabah əlimə daha yaxşı fürsətlər keçə bilər. Qazanmaq üçün yarışacam.

Çox şey danışırlar. Mən sabahkı yarışı qazanmaq istəyirəm. Sabah əlimdən gələni edəcəm və ehtimalları düşünmək istəmirəm. Bu düzgün olmaz”.

Qeyd edək ki, Rosberq sabahkı yarışa 12 xallıq üstünlüklə başlayacaq və yarışı podiumda bitirəcəyi halda, Dünya Çempionluğunu rəsmiləşdirəcək…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*