Sürücülərin maaşları azala bilər

​​F1 malyyə reqlamentinə yeni bənd daxil etməyə yaxındır.

F-1.az İtaliya mətbuatına istinadən yazır ki, artıq FİA və Liberty Media təkliflər paketini komandalara göndərib. Söhbət büdcə məhdudlaşdırılması çərçivəsində sürücülərin də maaşının müəyyən büdcə daxilində olmasından gedir.

Deyilənlərə görə, 2022-ci ildən komandalar bütün sürücülərinə maksimum 30 milyon dollar ödəyə bilərlər. Bu məbləğə hər iki əsas sürücü, eləcə də ehtiyat, test, simulyator və digər sürücülərin illik maaşı daxildir.

Əlbəttə, göstərilən məbləğə Lyuis Həmilton və Maks Ferstappenin maaşları elə indidən yerləşmir. Üstəlik perspektivli sürücülər – Şarl Lekler, Lando Norris belə məhdudiyyətin əleyhinədirlər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*