K.Horner: “Volff səhv hərəkət elədi”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Mercedes Motorsport-un rəhbəri Toto Volff Maks Festappenin atasına zəng etməklə səhvə yol verib...

F-1.az xatırladır ki, bu gün çıxan xəbərlərə görə, Meksika yarışından sonra Toto Volff Maksın atası Yosa zəng vurub.

Kristian Horner: “Bu, tamamilə səhv addım idi. Onlar öz işlərinə baxmalıdırlar. Digər komandaların işinə qarışmamalı idilər. Bəlkə Ferrari də bunu edə bilər, amma edilməməlidir. Onlar Maksa necə sürəcəyi ilə bağlı məsləhət verə bilməzlər. Maks Formula1-də əla işlər görür. Buna görə də biz onu işə götürmüşük. Onun vəzifəsi Mercedes-ə yol vermək və ya onlara hücum etməmək deyil. Toto bu hərəkətlə özündən razılığını göstərdi”.

Daniel Rikkardo da Horner ilə razıdır: “Onları başa düşürəm, amma biz də yarışmalıyıq. İndiki yarışın Melbrundakı yarışdan nə fərqi var? Hamımız yarışırıq və maksimum nəticə qazanmaq istəyirik. Onlara hücum etməsək və fürsətləri dəyərləndirməsək, çempionatın nəticəsinə təsir etmiş olarıq. Çempionat bütün komandaların performansına görə məlum olur. Nə olarsa, olar.

Mən demirəm kamikadzelik edib, onların yarışlarını məhv edək, amma hücum etmək şansım varsa, hücum edərəm. Yarışmaq üçün buradayıq. Mercedes sürücülərinin təkbaşlarına mübarizə aparmalarına icazə verə bilmərik”.

Horner Ferstappenin bu söhbətlərdən təsirlənəcəyinə inanmır: “O, özbaşına bir adamdır, bir şəxsiyyətdir. Bizim komandada çıxış edəndən bəri bir dəfə Monakoda səhv etdi. O, hazırda Formula1-dəki ən həyəcanverici sürücüdür. Buna görə də hamı onunla maraqlanır”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*