E.Okon: Sprint yarışı fürsətdir

Alpine komandasının sürücüsü Esteban Okon bildirib ki, sprint yarışı əla fürsət olacaq.

F-1.az xatırladır ki, fransalı sürücüsü Braziliyadakı sıralanma turunda 6-cı yeri tutub.

Esteban Okon: “Əvvəlcə Haas-ı və Maqnusseni təbrik edirəm. Risk aldılar və işə yaradı. Onlara görə çox sevinirəm. Bizim üçün çətin sessiya idi və sonda altı və yeddinci yerlərdəyik.

Hava şəraitinə görə çətin gün idi, amma təkər seçimində düzgün addımlar atdıq. Bu əsas idi. Sprint yarışı bizim üçün fürsətdir. Yaxşı yarışıb, dəyərli xallar qazanmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*