A.Prost Renault-nun inkişafına görə təəccüblənib

Formula1 üzrə 4 qat Dünya Çempionu Alen Prost son illərdəki uğursuzluqlardan sonra Renault-nun mühərriyinin bu qədər inkişaf etməsinə təəccüblənib.

F-1.az xatırladır ki, fransızlar 2014 və 2015-ci illərdə çox zəif idilər və bu problemlərə görə Red Bull komandası Renault ilə tərəfdaşlığı bitirmək istəyirdi. Amma Renault qış testlərində mühərriyin inkişafı ilə bağlı vacib addımlar atdı və Monakoda yeni mühərriyi üzə çıxartdı.

Red Bull yeni mühərrik ilə 2013-cü ildən sonra ilk poulunu qazandı və Rikkardo pit-stopda gecikdirilənə qədər yarışın əsas favoriti idi. Alen Prost Renault-nun inkişafına təəccüblənib: “Mən düşünürəm ki, hamı təəccüblənib. Son iki ildəki çətinliklərə baxdığımızda, bu inkişaf təəccüblüdür. Yenə də bu Formula1-in xüsusiyyətlərindən biridir. Bəzən işlər dəyişə bilər və 3 il əvvəl verdiyiniz qərarın bəhrəsini görərsiniz. Bu çox gözəl və pozitiv sürpriz oldu”.

Red Bull komandası qələbə uğrunda mübarizə aparsa da, eyni mühərriyi istifadə edən Renault-nun zavod komandası çətinlik çəkir. Renault brendinin elçisi olan Prost Red Bull-un güclü olmasını Renault üçün yaxşı xəbər kimi qiymətləndirib. Əfsanəvi sürücü düşünür ki, mühərriyin gücünü isbat etməsi Renault-nun şassiyə fokuslanmasına kömək edəcək: “Ən azından bilirsiniz ki, mühərrik yaxşı işləyir. Son hadisələr mühərrik üzərində işləyən insanlar, markanın imici və Red Bull üçün yaxşı oldu.

Siz bunun hesabına işə daha diqqətlə yanaşa bilərsiniz. Bu sizə gələcək üçün motivasiya verir. Bolidin bu hissəsi yaxşı işləyirsə, gələcəkdə siz digər hissələrə fokuslana bilərsiniz”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*