20 Avqust 2019, Çərşənbə axşamı - 22:28

H.Marko: “Kvyatı danışdırmaq istəmirdim”

H.Marko: “Kvyatı danışdırmaq istəmirdim”

Müəllif: Rauf Hacıyev, redaktor

17:22 - 02 May, 2016

Red Bull komandasının sürücüsü Daniil Kvyat Rusiyadakı insidentlərinə görə komanda rəhbərliyi ilə görüşməli olacaq…

F-1.az xatırladır ki, Daniil Kvyat yarışın startından sonra Sebastyan Fettelə arxadan iki dəfə çırpılıb. Bunun nəticəsində Fettel yarışı vaxtından əvvəl dayandırıb, Daniel Rikkardonun isə təkəri deşilib.

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko rusiyalı sürücünün hərəkətini və sürüş tərzini tənqid edib: “Belə deyək, Kvyat istəkli idi.

Öz ölkəsindəki yarışda əyləcə gec basıb, birinə arxadan çırpılması labüddür, amma ikinci dəfə eyni hərəkətin təkrarlanmasının bəhanəsi yoxdur.

Heyif oldu. Çünki təkcə Fettel və Rikkardonun yox, öz yarışını da məhv etdi. Əlavə bir pit-stop etdi. Red Bull üçün bərbad gün idi”.

Marko Fettelin əsəbləşməsinə haqq qazandırır: “Şanxayda Fettelə haqq qazandırmamışdım, amma burada haqlı idi”.

Helmut Marko əlavə edib ki, yarışdan sonra bu mövzu barədə Kvyatla danışmaq istəməyib, çünki hadisə yeni baş verib və bildirib ki, Kvyat buna görə komanda rəhbərliyi ilə görüşməli olacaq: “Üstündən bir az keçsin, bu barədə həftəiçi otutub danışacayıq”.

Marko bildirib ki, Çindən sonra Rusiyadakı yarışda da insident yaşayan Fettel və Kvyat arasında heç bir küskünlük olmayacaq: “Sebastyan bilir ki, kin saxlamaq ona xeyir gətirməz.

O çalışmalıdır ki, yaxşı start alsın və bolidi qəzadan qorusun. Buna görə də, inanmıram ki, hədisə böyüsün”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 485
Teqlər , , , ,
Paylaş

logo