N.Lauda: “Fetteli transfer etməyəcəyik”

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda bildirib ki, Sebastyan Fetteli transfet etmək fikirləri yoxdur.

F-1.az xatırladır ki, Niko Rosberq istefa verdikdən sonra Mercedes komandası Valtteri Bottası transfer etmişdi. Amma almanlar 26 yaşlı sürücü ilə birillik müqavilə bağlamışdılar. Mütəxəssislər fikirləşirlər ki, Mercedes bu addımı gələn il müqaviləsi bitən güclü sürücülərdən birini transfer etmək üçün atıb.

Niki Lauda: “Sözün açığı, Bottasla yollarımızı ayırıb, Fetteli transfer etmək fikrimiz yoxdur. Bunu hamı başa düşməlidir. Hazırda Valtteri bizim sürücümüzdür və bu cür xəbərlərin çıxması onun üçün hörmətsizlikdir. Əminəm ki, Lyuislə birlikdə komanda üçün əllərindən gələni edəcəklər. Sonra isə oturub qərar verəcəyik.

Birillik müqavilənin səbəbini əvvəl açıqlamışdıq. Amma insanlar buna inanmaq istəmirlər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*