Bəhreyn, 19.04.2017

İsti hava, güclü külək və asfaltın üzərindəki qum təbəqəsi komandaların imkanlarını məhdudlaşdırıb. Lakin bütün bunlara baxmayaraq, onların proqramları zəngin olub.

F-1.az bildirir ki, sürücülər səhər aerodinamikanı test ediblər, sonra isə diqqətlər təkərlərin yoxlanılmasına yönəldilib. Yeni təkərlər keçənilkilərlə müqayisədə daha gec aşınır. Lakin qış testlərinin və üç yarışın geridə qalmasına baxmayaraq, komandalar onlarla necə işləməli olduqlarını tam aydınlaşdıra bilməyiblər.

Ferrari komandası təkərlərin potensialından daha yaxşı istifadə edir – “qırmızılar” xüsusilə də yumşaq tərkiblərdə üstün görünürlər. Lakin Mercedes AMG-də vəziyyət fərqlidir. Komanda demək olar ki, bütün günü təkərləri test etməklə keçirib. Valtteri Bottas uzun məsafə qət edib. Son üç ilin çempion komandası əsas rəqibləri ilə aradakı fərqi aradan qaldırmağa çalışır. Valtteri bu gün bir dədə qırmızı bayraqların çıxmasına səbəb olub. Lakin mexaniklər onun maşınında yaranmış problemi tezliklə aradan qaldırıblar və finlandiyalı proqramına davam edib.

Dünən Pirelli-nin gələn il üçün hazırladığı sliklərin prototiplərini yoxlayan Sebastyan Fetteı bu gün komandası üçün çalışıb. Lakin alman sürücünün maşınında problem olduğundan, mexaniklər uzun müddət işləməli olublar və o xeyli vaxt boksda gözləməli olub.

Dünən demək olar ki işləyə bilməyən McLaren komandası üçün bu gün uğurlu alınıb – keçən həftəsonu elə burada baş tutmuş yarışı güc qurğusundakı problemlərə görə buraxmalı olan Stoffel Vandorn 81 dövrə vurub ki, bu da yarış məsafəsindən çoxdur.

İki komanda hər iki əsas sürücüsünün köməyindən istifadə edib – Toro Rossoda nahara qədər işləyən Daniil Kvyatı günün ikinci hissəsində Karlos Sayns əvəzləyib, Force İndia isə günə Esteban Okonla başlayıb, nahardan sonra sükan arxasına Serxio Peres keçib.

Haas komandası dünən olduğu kimi, bu gün də Carbon İndustries əyləclərini sınaqdan keçirib. Qeyd edək ki, xüsusilə Roman Qroijan Brembo şirkətinin hazırladığı əyləclərdən narazı idi. Əgər komanda yeni əyləclərin testlərdəki nəticələrindən razı qalsa, Soçidəki yarışa qədər yeni təchizatçı ilə müqavilə bağlaya bilər.

Protokollara Valtteri Bottas başçılıq edib – UltraSoft təkərlərlə 1:31.280-lik nəticə əldə edən sürücü 143 dövrə vuraraq qət edilən məsafəyə görə də lider olub.

Bəhreyndəki ikigünlük mövsümiçi testlər başa çatıb. Növbəti testlər avqustun əvvəlində Hunqarorinqdə baş tutacaq. Komandalar isə gələn həftəsonu Soçidə mübarizəni davam etdirəcəklər…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 1:31.280 143
2 5 Sebastyan Fettel Ferrari 1:31.574 + 0:00.294 64
3 55 Karlos Sayns Toro Rosso 1:31.884 + 0:00.604 68
4 2 Stoffel Vandorn McLaren 1:32.108 + 0:00.828 81
5 20 Kevin Maqnussen Haas 1:32.120 + 0:00.840 88
6 31 Esteban Okon Force İndia 1:32.142 + 0:00.862 60
7 26 Daniil Kvyat Toro Rosso 1:32.213 + 0:00.933 61
8 41 Qəri Paffet Williams 1:32.253 + 0:00.973 126
9 46 Sergey Sirotkin Renault 1:32.287 + 0:01.007 90
10 15 Pyer Qasli Red Bull 1:32.568 + 0:01.288 65
11 94 Paskal Verlyayn Sauber 1:34.462 + 0:03.182 91
12 11 Serxio Peres Force İndia 1:35.015 + 0:03.735 70

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*