Yeni bolidlərin xüsusiyyətləri necə olacaq?

Alfa Romeo komandasının texniki direktoru Jan Monşo bildirib ki, 2022-ci il maşınları ən az 3 saniyə yavaş olacaq.

F-1.az xatırladır ki, gələn ildən texniki reqlamentdə böyük dəyişikliklər olacaq və bunun hesabına sürücü gücü daha çox ön plana çıxacaq.

Jan Monşo: “Yeni bolidlərdə aerodinamik qaydaları anlamaq lazımdır və bu, ən çətin prosesdir. Yeni təkərlərdən ən yaxşı formada istifadə edə bilməliyik. Bolidlər 40 kilo daha ağır olsa da, çəkini mbacardığımız qədər minimuma endirməliyik. Bundan başqa kraş testlər üçün yeni tələblər olacaq və buna görə də bolidlər ağırlaşacaq. 18 dütməlik təkərlər və təkər diskləri daha ağır olacaq. Bu səəbdən əyləc diskləri də ağırlaşacaq. Yekunda bolidin ağırlığı 790 kiloqramdan çox olmayacaq. Yeni reqlamentə görə yeni maşın düzəltmək hamı üçün yeni çağırış olacaq.

Yeni bolidlər həm də yavaş olacaq. Əlavə ağırlığı da hesaba qatsaq, indiki bolidlərdən 5-6 saniyə yavaş ola bilər. Yeni bolidlərlə gələn əlavə 40 kiloni kompensə etməliyik. Bundan başqa yeni yanacaq mühərrik gücünü azalda bilər. Aero cəhətdən bunu necə kompensə edərik bilmirik. Məncə, mövsümün əvvəlində maşınlar 3 saniyə yavaş olacaqlar. Ancaq güclü komandalar bunu 1.5-2 saniyəyə qədər salacaqlar.

Bu, mənim düşüncələrimdir. Büdcə limiti olsa da, hədəflərə çatmaq üçün daha yaxşı bazaları və daha güclü mühəndisləri var.

Hazırda təkərləri mövcud bolidlərdə istifadə edirlər. Təkərlərə əlavə 40 kiloqram yük düşəndə və aerodinamik konsept dəyişəndə sürücülərin nə etdiyini görəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*