Mercedes Red Bull-a mühərrik vermək istəyib

Mercedes-in idman direktoru Ron Midous bildirib ki, Lauda hibrid mühərriklərin ilk dövrlərində Red Bull-a motor vermək istəyib.

F-1.az xatırladır ki, Red Bull komandası 2014-2018-ci illərdə mühərrik təminatçısı Renault ilə yola getməmiş və 2019-cu ildən etibarən Honda mühərrriklərinə keçmişdi.

2015-ci ildə Mercedes-in “qırmızı öküzlər”ə mühərrik verəcəyi ilə bağlı şayiələr yayılsa da, almanlar bu xəbəri təkzib etmişdilər.

Ron Midouz: “Hibrid mühərriklərin ilk illərində Niki doğrudan da Red Bull-a mühərrik vermək istəyirdi. O inanırdı ki, bu seçim Mercedes-i daha güclü edəcək. Çünki belə olan halda rəqabət və mübarizə olacaqdı. Təbii ki, komandada hamı onunla həmfikir deyildi və əksəriyyət sahib olduğumuz texnologiyanı öz maşınlarımızda istifadə etmək istədik. Vaxt keçdikcə, o da bunu anladı. Niki sadəcə komandanın daha yaxşı inkişaf etməsini istəyirdi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*