M.Ferstappen batareyadan gileylənir

Red Bull komandasının sürücüsü Maks Ferstaopen bildirib ki, batareyası bitdiyinə görə ikinci yeri əldən verib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü ikinci Bottasdan cəmi 0.015 saniyə geridə qalaraq, üçüncü olub.

Maks Ferstappen: “Əlbəttə, batareyaya bir dövrə ərzində nəzarət etməlisiniz, amma ən sürətli dövrə vurmağın tək yolu bu idi. Həmişə son döngədən çıxanda sürətlənmə zəif olur, çünki batareya bitir.

Bura gələndə düşünürdük ki, çox geridə qalarıq. Amma ilk sessiyadan bəri boliddə yaxşı balans tapdıq. Həftəsonu yaxşı keçdi. Çox razıyam.

Lyuislə fərq böyükdür və sabah onunla mübarizə aparmaq çətin olacaq. Lakin bilmək olmaz. Ümid edirəm yağış yağar və yarış əyləncəli olar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*