N.Hülkenberq: “Ferstappenlə problemim yoxdur”

Force İndia komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, Maks Ferstappenlə heç bir problemi yoxdur.

F-1.az xatırladır ki, hollandiyalı sürücü bu mövsüm aqressiv sürüş tərzinə görə tənqidlərə məruz qalıb.

Amma Hülkenberq bildirib ki, Ferstappen idman üçün yaxşı nümunədir: “Məncə, Maks hər şeyi qaydalar çərçivəsində edir. Bəzən limitlərdə yarışır. Xüsusən də, əylənmə zonasında gec reaksiya verdiyi üçüb təhlükə yaradır, amma bunları vaxt keçdikcə düzəldəcək. Arxasındakı bolidə çox seçim şansı vermir, amma hələ də ciddi qəzaya qarışmaması yaxşı haldır”.

Hülkenberq bildirib ki, Braziliyadakı mətbuat konfransı uzun çəkə bilər: “Deyəsən, Braziliyadakı konfrans uzun çəkəcək. Yeməyə nəsə götürsəm, yaxşı olar. Əgər Sebastyan yenə Maks barədə danışmağa başlasa, konfrans uzun çəkəcək”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*