S.Fettel: “Mənim günahım idi”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Fransa yarışının startındakı qəzada getməyə yri olmayıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü yarışın birinci döngəsində təkərini bloka salaraq, Bottasa arxadan çırpılıb və rəqibinin təkərini partladıb. Bu insidentdə Fettelin də ön qanadı qırılıb və dördqat Dünya Çempionu 5 saniyə cəza alıb.

Sebastyan Fettel: “Startım yaxşı idi. Sonra isə getməyə yerim qalmadı. Mənim səhvim idi. Əyləcə tez basıb qəzadan qaçmaq istəsəm də, asfaltla ilişməm və yerim yox idi. Önümdəki və yanımdakı bolidə çox yaxın idim. Valtteri yerini xarici trayektoriyadan geri qaytarmaq istədi və bu, labüddür. Amma yol sola döndüyü üçün yerim qalmadı. Yavaşlamaq istədim, amma ilişmə az olduğu üçün gedəcək yerim qalmadı və ona çırpıldım”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*