S.Peres: Trafikdə itirdim

Red Bull komandasının sürücüsü Serxio Peres çox məyusdur.

F-1.az xatırladır ki, meksikalı sürücü sıralanma turunda normal dövrə vura bilməyib və yekunda 11-ci olub.

Serxio Peres: “Bəxtim gətirmədi, çünki Maqnussenin arxasında ilişib qaldığım üçün vaxt itirdim. Üçüncü sessiyanı cüzi fərqlə itirdim. İkinci cəhdimdə ikinci döngədə Kevinə görə vaxt itirdim. Orada olduğu üçün döngəni daxildən dönməli oldum. Daha sonra vəziyyəti düzəldə bilmədim. Əlimdən heç nə gəlmirdi. Qarışıq gün idi. Yarışı səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, güclü olarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*