17 Noyabr 2019, Bazar - 23:47

S.Peres: “GP2-dən Formula1-ə keçdik”

S.Peres: “GP2-dən Formula1-ə keçdik”

Müəllif: Rauf Hacıyev, redaktor

06:19 - 24 Fevral, 2017

Force İndia komandasının sürücüsü daha çox asfaltayatma qüvvəsi olan 2017-ci il bolidlərindən sonra özünü GP2-dən Formula1-ə keçirmiş kimi hiss etdiyini deyib.

F-1.az xatırladır ki, yeni mövsümdən etibarən təkərlərin eninin 25 faiz artması ilə asfaltayatma qüvvəsinin çoxalması gözlənilir.

Peres bildirib ki, yeni bolidə tez öyrəşmək üçün qışda çox işləyib: “Fiziki hazırlığa tez başlamalı oldum. Yeni bolidlər çox sürətli olacaq və buna görə də özümü GP2-dən Formula1-ə keçmiş kimi hiss edirəm. Artıq bolidlər sürücülərdən daha çox şey tələb edəcək. Yarışlarda yüklənmlər yüksək olacaq və buna görə də çox işlədim. Güclü olmalıyam. Buna görə də idman etdim, velosiped sürdüm, qaçdım və bir çox şey etdim.

Bu cür stabil komandada olduğum üçün özümü yaxşı hiss edirəm. Ümid edirəm ki, yaxşı mövsüm keçirərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 349
Teqlər ,
Paylaş

logo