Avstriya-2022: Sprint yarışı

Avstriyada mövsümün ikinci sprint yarışı baş tutub. Bir həftə əvvəl Silverstounda dolu tribunalar Həmiltonu dəstəkləyirdilərsə, bu dəfə bütün avtodrom narıncı rənglərə boyanıb.

F-1.az xatırladır ki, bu il sprint yarışının xal sistemi dəyişdirilib. Keçən il ilk 3 yer tutan sürücü xal balansını artıra bilirdisə, indi bu ilk 8 yeri tutan sürücüyə şamil edilir. Amma yenə də sürücülər sprint yarışında çox risk almaq istəmirlər, burada baş verəcək qəza əsas yarışda sürücünün çox gerilərdən başlamasına səbəb ola bilər.

Dünən baş tutan ilk sərbəst yürüşlərdə Maks Ferstappen hamıdan üstün olub, niderlandlı sürücü gücünü sıralanma turunda da göstərib. Çox əhəmiyyət daşımayan bugünkü məşqlərə isə Karlos Sayns liderlik edib.

Pirelli Şpilberqə ən yumşaq üçlüyü – C3, C4 və C5 tərkiblərini gətirib. Elbon, Stroll, Latifi və Fettel yumşaq, qalan sürücülər isə orta təkərləri seçiblər. İlk cərgədən Ferstappen və Lekler start alıb. Peresin dünən sıralanma turunun ikinci sessiyasındakı sürətli dövrəsini və son sessiyadakı bütün nəticələri tras hüdudlarını pozduğu üçün ləğv edilib. Buna görə də yarışa ikinci cərgədən Saynsın yanından Rassell başlayıb. Üçüncü cərgə isə Okon və Maqnussenin olub.

Yarış başlamamışdan əvvəl mexaniklər Alonsonun maşınının təkərlərindəki termal örtükləri çıxarmağı unudublar. İspan sürücünün maşını pit yoluna çəkilib və o yarışmayıb. İsinmə dövrəsinin sonlarında Çjounun maşınının motoru sönüb və sürücülər daha bir isinmə dövrəsinə yollanmalı olublar. Çinli sürücü motoru işə sala bilib və başlamaq üçün pit yoluna yönəlib.

Startda Lekler Maksa hücum etsə də, Red Bull sürücüsü liderliyini qoruyub. Həmilton Elbon və Qaslinin arasında qalaraq 11-ci yerə geriləyib. Pyer ilə təmasdan sonra fransız sürücünün maşını bir qədər havaya qalxıb, yerində fırlanıb və bir neçə mövqe itirib. Sayns bir anlıq komanda yoldaşını üstələsə də, Şarl yerini qaytarıb. Peres bir neçə yer irəliləyib. 2-ci dövrədə ilk onluq: Ferstappen – Lekler – Sayns – Rassell – Okon – Maqnussen – Şumaxer – Peres – Bottas – Elbon.

Elbon ona hücum edən Norrisi trasdan çıxardığı üçün 5 saniyəlik cəza alıb. Onu 4-cü dövrədə Həmilton keçib. Ferstappen uzaqlaşaraq fərqi 2.5 saniyəyə çatdırıb. Sayns Leklerə yenə hücumlar edib və toqquşmaq üzrə olublar. Komanda Karlosdan arxada qalmağı xahiş edib. Norris və Rikkardo Elbonu keçiblər. Həmilton da sabiq komanda yoldaşı Bottas üstələyib. Lətifi Qaslidən geri qalıb.

Peres Haas sürücülərinin mübarizəsindən yararlanaraq Şumaxeri geridə qoyub. Fettel 11-ci dövrədə Elbonla təmasdan sonra çınqıllığa düşüb və trasa son yerdə qayıdıb. Peres Okonu keçərək 5-ci yerə yüksəlib. Tsunoda Qasli və Çjou tərəfindən keçilib. Həmilton uzun müddət Şumaxeri üstələyə bilməyib, onun hücumları nəhayət, 22-ci dövrədə nəticə verib. Komanda Fetteldən son dövrədə pitə gəlməyi xahiş edib.

Maks Ferstappen mövsümün ikinci sprint yarışının da qalibi olub və sabahkı yarışa ən öndən başlamağa haqq qazanıb. İlk dördlükdə heç bir dəyişiklik olmayıb. Peres 8 pillə ilə ən çox yer qazanan sürücü olub. Dünənki sıralanma turunu 8-ci tamamlayan Alonso isə günün ən çox itirənidir – sabah yarışa sonlardan başlayacaq.

Yer N Sürücü Komanda Zaman/Fərq Mövqe
1 1 Maks Ferstappen Red Bull 26:30.059 0
2 16 Şarl Lekler Ferrari + 0:01.675 0
3 55 Karlos Sayns Ferrari + 0:05.644 0
4 63 Corc Rassell Mercedes + 0:13.429 0
5 11 Serxio Peres Red Bull + 0:18.302 +8
6 31 Esteban Okon Alpine + 0:31.032 -1
7 20 Kevin Maqnussen Haas + 0:34.539 -1
8 44 Lyuis Həmilton Mercedes + 0:35.447 1
9 47 Mik Şumaxer Haas + 0:37.163 -1
10 77 Valtteri Bottas Alfa Romeo + 0:37.557 +2
11 4 Lando Norris McLaren + 0:38.580 +4
12 3 Daniel Rikkardo McLaren + 0:39.738 +4
13 18 Ləns Stroll Aston Martin + 0:48.241 +4
14 24 Quanyu Çjou Alfa Romeo + 0:50.753 +4
15 10 Pyer Qasli AlphaTauri + 0:52.125 -5
16 23 Aleksander Elbon * Williams + 0:52.412 -5
17 22 Yuki Tsunoda AlphaTauri + 0:54.556 -3
18 6 Nikolas Latifi Williams + 1:08.694 +1

 

* – Aleksander Elbonun nəticəsinə Lando Norrislə mübarizədə onu trasdan çıxardığı üçün 5 saniyə əlavə edilib.

Sürətli dövrə: Şarl Lekler (Ferrari) – 1:08.321 (4-cü dövrə, 227.525 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Sebastyan Fettel Aston Martin 22 mexaniki problem
Fernando Alonso Alpine 0 start almayıb

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 1 Maks Ferstappen Red Bull Racing 189
2 11 Serxio Peres Red Bull Racing 151
3 16 Şarl Lekler Scuderia Ferrari 145
4 55 Karlos Sayns Scuderia Ferrari 133
5 63 Corc Rassell Mercedes-AMG Petronas F1 Team 116
6 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 94
7 4 Lando Norris McLaren Racing 58
8 77 Valtteri Bottas Alfa Romeo F1 Team ORLEN 46
9 31 Esteban Okon Alpine F1 Team 42
10 14 Fernando Alonso Alpine F1 Team 28
11 10 Kevin Maqnussen Haas F1 Team 18
12 20 Pyer Qasli Scuderia AlphaTauri 16
13 5 Sebastyan Fettel Aston Martin Aramco Cognizant F1 Team 15
14 3 Daniel Rikkardo McLaren Racing 15
15 22 Yuki Tsunoda Scuderia AlphaTauri 11
16 24 Quanyu Çjou Alfa Romeo F1 Team ORLEN 5
17 47 Mik Şumaxer Haas F1 Team 4
18 23 Aleksander Elbon Williams Racing 3
19 18 Ləns Stroll Aston Martin Aramco Cognizant F1 Team 3

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Oracle Red Bull Racing Red Bull 340
2 Scuderia Ferrari Ferrari 278
3 Mercedes-AMG Petronas F1 Team Mercedes 210
4 McLaren F1 Team Mercedes 73
5 Alpine F1 Team Renault 70
5 Alfa Romeo F1 Team ORLEN Ferrari 51
7 Scuderia AlphaTauri Red Bull 27
8 Haas F1 Team Ferrari 22
9 Aston Martin Aramco Cognizant F1 Team Mercedes 18
10  Williams Racing Mercedes 3
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*