F.Alonso: Tam potensialımı göstərə bilmədim

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, bu il ən yaxşı sıralnma turunu keçirsə də, tam potensialını göstərə bilməyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü bugünkü Ştiriya yarışına 9-cu yerdən başlayacaq.

Fernando Alonso: “Düzünü desəm, xoşbəxtəm. Çox stresli gün idi. Səhər bir az zəif idik və son sərbəst yürüşlərdə çətinlik çəkmişdik. Sıralanma turunun ilk sessiyasında Okon uduzdu. Yəni ki, çətin idi. Buna baxmayaraq, onluqdayıq. Amma xallar yarışda verilir. Görək nə olur.

Böyük ehtimalla ilin ən yaxşı sıralanma turu idi. Bəzən son sessiyaya qalsam da, bu dəfə xüsusilə ikinci sessiyada əla dövrə vurdum. Deyəsən yeddinci olmuşdum. Hazırda tam potensialımı yaxınlaşdım. Hələ tam gücümdə olmasam da, mövsümün əvvəlinə nisbətən yaxşıyam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*