11 Dekabr 2018, Çərşənbə axşamı - 17:28

N.Pike: “Alonso hazırda ən güclü sürücüdür, amma…”

N.Pike: “Alonso hazırda ən güclü sürücüdür, amma…”

Müəllif: Rauf Hacıyev, redaktor

16:15 - 02 İyun, 2016

Nelsinyo Pike sabiq komanda yoldaşı Fernando Alonsonun hazırda ən güclü sürücü olduğunu, amma onun artıq karyerasının sonuna yaxınlaşdığını deyib.

F-1.az xatırladır ki, 2008-ci ildə Sinqapur yarışındakı qəza qalmaqalına görə 2009-cu ildə Formula1 karyerası bitən Pike, hazırda Formula E-də yarışır və keçən il bu seriyada Dünya Çempionu oldu.

Nelsinyo Pike: “Məncə, Alonso hazırda ən güclü sürücüdür, ancaq o, artıq karyerasının sonundadır.

Əgər bolid sizə qazanmağa imkan vermirsə, əlinizdən heç bir şey gəlmir. Bu, mənim də başıma gəldi. Keçən il çempion olmuşdum, amma bu il mübarizə apara bilmirəm”.

Pike Formula1 bolidi ilə Formula E bolidini müqayisə etməkdən imtina edib: “Fərqli şeylərdir”.

2016-cı ildə Ferrari, Mercedes və Red Bull mübarizəsinin qızışdığı barədə verilən suala da Pike cavab verməyib: “Bilmirəm, mən Formula1 mütəxəssisi deyiləm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 464
Teqlər , ,
Paylaş

logo