21 Noyabr 2019, Cümə axşamı - 14:24

K.Maqnussen: “Renault fürsətləri dəyərləndirməlidir”

K.Maqnussen: “Renault fürsətləri dəyərləndirməlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

10:57 - 17 İyul, 2016

Kevin Maqnussen bildirib ki, Renault komandası mövsümün qalan yarışlarında əlinə keçən bütün fürsətləri dəyərləndirməlidir.

F-1.az xatırladır ki, Renault bu mövsüm yeganə xallarını Rusiyada Maqnussen ilə alıb. Fransızlar bu il siralanma turunda son sessiyaya keçə bilməyiblər və 2017-ci ilə fokuslanmağa hazırlaşırlar.

Kevin Maqnussen: “Mövsümün qalan yarışlarında hədəfimiz hər yarışdan maksimumu çıxarmaq olacaq. Əgər təhlükəsizlik avtomobili çıxsa, hava şərtləri dəyişkəndirsə və bəziləri mübarizəni dayandırıbsa, bundan faydalanmalıyıq. Davamlı xal almağımız üçün bolidimiz sürətli olmalıdır və hədəfimiz budur. Əgər qeyri-adi hal olsa, xal ala bilərik. Bunun üçün gözüaçıq olmalıyıq. Bu cür hallara hazır olmalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 331
Teqlər ,
Paylaş

logo