A.Prost: “Hülkenberq düzgün transferdir”

Renault komandasından Alen Prost bildirib ki, Niko Hülkenberq komanda üçün doğru sürücüdür.

F-1.az xatırladır ki, Hülkenberq bu mövsüm 3 yarışda onluğa düşərək, 14 xal toplayıb.

Alen Prost: “Niko komanda üçün vacib sürücüdür. Ehtiyacımız olan hər şeyi edir. Onunla işlədiyimiz üçün xoşbəxtik. Xarakter cəhətdən də çox güclüdür. Komandaya faydası çoxdur. Onun komandaya gətirilməsi ən böyük uğurumuzdur.

Sürət cəhətdən rəqiblərimizdən geri olsaq da, tezliklə inkişaf etmək istəyirik. Amma bunu edərkən diqqətli olmalıyıq. Formula1-də realist hədəflər qoymaq lazımdır. Ümid edirəm ki, hər şey planlaşdırdığımız kimi gedər və yenidən uğurlu nəticələr alarıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*