15 Oktyabr 2019, Çərşənbə axşamı - 23:32

Manor sürücülərini itirməkdən qorxmur

Manor sürücülərini itirməkdən qorxmur

Müəllif: Elçin Zodorov, redaktor

15:43 - 07 Noyabr, 2016

Paskal Verlyaynla Esteban Okonun adları tez-tez Renault və Force İndia ilə yanaşı çəkilir.

F-1.az bildirir ki, Verlyayn komandada qalmağa yaxın olsa da, Okonun adı çəkilən iki komandadan birinə keçəcəyi gözlənilir.

Deyv Rayan: “Bundan narahat deyilik. Komandada böyük istək və irəliləyiş var. Çempion olmaq arzusu ilə Formula1-ə gəlmiş iki gənc sürücümüzlə çox yaxşı işlər görürük. Paskal və Esteban kimi sürücülərə sahib olmaq möhtəşəmdir. Onlarla yaxşı vaxt keçiririk. Komandaya çox şey verirlər. Hər ikisi çox istedadlıdır.

İkisinin də idmanda böyük gələcəyi var. Formula1-də uzun müddət qalacaqlarına əminəm. Amma komandadan ayrılacaqlarından naraha deyilik. Okon maşınımıza ilk dəfə Spada əyləşdi və vurduğu bir neçə dövrədən sonra onun nə qədər istedadlı olduğunu gördük. Çox qısa müddətdə bunu göstərə bildi və bizi təsirləndirdi”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 380
Teqlər , , , , ,
Paylaş

logo