K.Maqnussen: “Renault-nun gələcəyinə inanıram”

Kevin Maqnussen Renault-nun hazırkı performansına baxmayaraq, komandanın parlaq gələcəyinin ona motivasiya verdiyini deyib...

F-1.az xatırladır ki, Renault bu mövsüm yenidən Formula1-ə qayıdıb və mövsümün ilk yarısında bir dəfə xal qazana bilib.

Maqnussenin komandadakı gələcəyi qeyri-müəyyən olaraq qalır. Renault komandası gələn il üçün Serxio Peres, Valtteri Bottas və Esteban Okon ilə danışıqlar aparır. Danimarkalı sürücü bildirib ki, bu vəziyyət onun əsəblərini pozur, amma o, fransızların gələcəkdəki uğurlarına inanır: “Xal üçün yarışmamaq çətindir. 16-cı və 15-ci yer uğrunda mübarizədə ötmə etsəniz belə, xal qazana bilmirsiniz. Çox çətin sınaqlardan keçirik. Bütün çətinliklərə baxmayaraq, işləməyə davam edirəm.

Həmişə özünüzü motivaisya edə bilərsiniz. Mən də növbəti mövsümü düşünərək, hazırlaşıram. Formula1-də anidən özünüzü qazanan bolidin sükanı arxasında görə bilərsiniz və buna hazır olmalısınız. Buna görə də, indi öyrənməyə və hazırlaşmağa davam edirəm”.

Kevin Maqnussen Soçidə qazandığı 7-ciliyi möcüzə adlandırıb: “Heç vaxt performansımdan razı qalmadım. Həmişə daha yaxşısını edəcəyimə və özümü inkişaf etdirəcəyimə inanıram. Bu il bir neçə dəfə səhv etdim, amma bir neçə möcüzə reallaşdırdım. Məsələn, Rusiyada yaxşı xallar qazandım. Sıralanma turunda 17-ci olsam da, yarışı 7-ci bitirdim”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*