E.Cordan: Rikkardo Peres kimi çıxış edə bilməz

Mütəxəssisin fikrincə, avstraliyalı sürücü bu mövsüm iki yarışda qalib gəlmiş Serxio Peres kimi Maks Ferstappenə müqavimət göstərə bilməzdi.

F-1.az xatırladır ki, geridə qalan 5 yarışdan digər üçünü də niderlandlı sürücü qazanıb və çempionata 14 xal fərqlə başçılıq edir.

Eddi Cordan: “Mən bu barədə bir dəfədən çox düşünmüşəm, çünki Daniel indi bu komandadadır, amma fikrimcə, o, Serxio qədər işin öhdəsindən gələ bilmir. Biz Rikkardonun işlədiyini gördük və hamımız bu oğlanı çox bəyəndik və onunla danışmaq çox gözəl olsa da, Peres hazırda çox yaxşı işləyir”.

Xatırladaq ki, bu yaxınlarda sabiq F1 pilotu Devid Kulthard da bildirmişdi ki, Red Bull-da eyni maşında heç kim Ferstappeni məğlub edə bilməz. Onun fikrincə, hazırda 20-li yaşlarda olan sürücülərə ən güclü maşınları versək, çempionluq uğrunda mübarizə apara bilərlər. Amma Maks elə bir səviyyəyə gəlib çatıb ki, onu üstələmək heç də asan deyil…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*