Ş.Lekler: Peres bilir ki, ağ edib

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Serxio Peres düzgün etmədiyini özü də bilir.

F-1.az xatırladır ki, iki sürücü Avstriya yarışında mübarizə apararkən, Peres rəqibini iki dəfə çınqıllı zonaya itələyib. Nəticədə iki dəfə 5 saniyə cəzası alan Peres yarışda 6-cı yerə razı olub. Lekler isə yarışı 8-ci yerdə bitirib.

Şarl Lekler: “Yarış yaxşı keçmədi. bir az həyəcanlı idi. Yarışdan sonra Pereslə danışdıq və bilir ki, düz eləməyib. Bundan sonra növbəti yarışlara fokuslanacam. Bu yarış barədə düşünməyəcəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*