D.Rikkardo: “Problemlərə görə yarış tempində işləyə bilmədim”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo Avstriyada cümə sərbəst yürüşlərindən sonra bolidinin tempindən razı qalıb.

F-1.az xatırladır ki, avstraliyalı sürücü cümə sərbəst yürüşlərində lider Həmiltondan 0.390 saniyə geri qalaraq, 5-ci olub.

Daniel Rikkardo: “Bu gün bizim üçün yaxşı cümə günü idi və rəqabətədavamlı idik. Bəzi problemlər var idi və buna görə yarış tempində işləyə bilmədim. Bunlar da olmasa, əla gün keçirərdik. İlk beşlik 0.4 saniyə içində sıralanıb. Ümid edirəm ki, sabah da burada olarıq. Əminəm ki, Mercedes sıralanma turunda güclü olacaq. Lakin ümid edirəm ki, mübarizənin içində olarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*