E.Cordan: Şumaxeri ən yaxşı sürücü kimi görmürəm

Sabiq komanda rəhbəri Eddi Cordan bildirib ki, Şumaxeri ən yaxşı sürücü kimi görə bilmir.

F-1.az xatırladır ki, Formula1-in ən böyük əfsanəsi Mixael Şumaxer 1991-ci ildə Eddi Cordan-ın komandası Jordan-la Formula1-də debüt edib.

Eddi Cordan: Eddi Örvayn və Rubens Barrikello Ferrari-yə transfer olunarkən müqavilədə belə maddə var idi. Onlar Mixael Şumaxerin yanında ikinci sürücü olmalı idilər. Mixaelin istedadına sözüm olmasa da, bu hallar onun barədə şübhələr yaradır. Bu, mənim düşüncələrimdir. Şumaxeri ən yaxşı sürücü kimi qələmə vermək istəsəm də, alınmır. O, Senna səviyyəsində çox istedadlı sürücüdür. İnsanlar Sennanı çox sevirlər, çünki onun ən güclü olduğuna inanırlar.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*