25 Avqust 2019, Bazar - 11:23

F.Vassyör: “Fikir ayrılıqlarına görə getdim”

F.Vassyör: “Fikir ayrılıqlarına görə getdim”

Müəllif: Rauf Hacıyev, redaktor

18:54 - 12 Yanvar, 2017

Frederik Vassyör bildirib ki, Renault-nun rəhbərliyi ilə fikir ayrılığı yaşadığı üçün komandanın rəhbəri vəzifəsindən gedib.

F-1.az xatırladır ki, 2016-cı ilin əvvəlində Renault komandasının rəhbəri vəzifəsinə təyin edilən Vassyör bu ilin əvvəlində gözlənilmədən postundan ayrılıb.

Frederik Vassyör: “Komandanın idarə heyətindən fikir ayrılıqları çox idi. Buna görə də istefa verdim. Əgər Formula1-də olmaq istəyirsinizsə, bir dənə lideriniz olmalıdır. Əgər fərqli ideyalar olsa, komanda daxilindəki işlər pis inkişaf edər.

Keçənilki Əbu Dabi yarışından sonra danışıqlara başladıq və 2017-ci il üçün ən yaxşı yolu tapmağa çalışdlq. Bir-iki həftə dincələndən sonra yanvar ayının ilk həftəsində qərarımı verdim. Ayrılmaq mənim üçün ən yaxşı yoldur.

Bu kiçik böhrandır. Amma şirkətin yenidənqurma və tras əməliyyatları kimi sahələrdə yaxşı işlər gördüyümüzə inanıram. Keçən mövsüm çox inkişaf etdik və növbəti həftələrdə və aylarda komandaya bir neçə yaxşı mühəndis qoşulacaq. Yəni bəzi yaxşı xəbərlər var.

Renault komandası üçün işləyən 1000 nəfərlə əməkdaşlıq etmək mənim üçün əla təcrübə oldu. Çünki bu əsl yarış komandasıdır.

Özümü bir evin bünövrəsini qoyduqdan sonra tikintini tərk etmiş kimi hiss edirəm. Amma problem yoxdur. Qərarımı verdim”.

Vassyör əlavə edib ki, komanda bu mövsüm beşliyə düşə bilər: “Bəli, hədəf beşlikdə olmaqdır. Bu real hədəfdir və təməllərimiz güclüdür. Komandaya yeni və təcrübəli işçilər gəlib və Renault mühərriyinə görə dizayn edilmiş iki bolidimiz var. Mühərrikdə də inkişaf var. Hər şey qaydasındadır.

Hazırda harada olduğumuzu və digər komandaların hansı vəziyyətdə olduğunu proqnozlaşdırmaq çətindir. Bunu Barselonada görəcəyik. Hədəf beşlikdə olmaqdır”.

Vassyör bildirib ki, gələcəklə bağlı qərar verməyib. Amma böyük ehtimalla Formula1-dən başqa seriyalarda işləyə bilər: “Gələcəyim üçün narahat deyiləm. Bir həftə dincələcəm və ailəmlə vaxt keçirəcəm. Görək sonra nə olacaq.

Digər layihələr üçün danışıqlar aparacam, ancaq bu barədə düşünmək üçün doğru zaman deyil. Renault komandasından xoş təəssüratlarla ayrılmaq istəyirəm. Daha sonra gələcək barədə düşünəcəm. Görüləcək işim çoxdur və buna görə də problem yoxdur.

Düzünü desəm, mənim üçün yaxşı təcrübə oldu. Çox şey öyrəndim. Geri dönməyimi təmin edəcək bir layihə olacaqmı? Görək. Yarışları xoşlayıram. Yarış Formula1-dən ibarət deyil”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 041
Teqlər
Paylaş

logo