Red Bull Saynsı Renault-ya buraxmayıb

Bu barədə Renault-dan rəsmi məlumat verilib.

F-1.az bildirir ki, Renault 2017-ci ildə tamamilə yeni sürücü heyəti ilə yarışmaq istəyir və Niko Hülkenberqin komanda yoldaşı olması üçün bir çox sürücü ilə danışıqlar aparır. Həmin sürücülərin sırasında Toro Rosso-nun sürücüsü Karlos Sayns və Manor-un sürücüsü Esteban Okon da var.

Bizbildirmişdik ki, Renault Sayns üçün Red Bull-a müraciət edib, lakin Avstriya komandası özünün yetişdirdiyi sürücünü əldən buraxmaq istəmir. Səylər nəticə verməyib və Renault danışıqları yekunlaşdırıb. Bu barədə komanda rəsmilərindən biri məlumat verib: “Sayns üçün çox çalışdıq. Layihəmiz üçün yaxşı bir lider ola bilərdi. Ona sahib olmaq yaxşı olardı. Lakin Red Bull buna icazə vermədi”.

Qeyd edək ki, Okonun Force İndia-ya keçməsi gözlənilir və Renault gələn il böyük sponsor dəstəyi olan Felipe Nasrla və ya Kevin Maqnussenlə yarışa bilər…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*