K.Maqnussen: “Qrojan Battondan sürətlidir”

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, hazırkı komanda yoldaşı Roman Qrojan sabiq komanda yoldaşı Censon Battondan sürətli olsa da, qeyri-stabildir.

F-1.az xatırladır ki, danimarkalı sürücü 2014-cü ildə Censon Battonla McLaren komandasında birlikdə çıxış etmiş və mövsümün yekununda britaniyalı sürücüdən az xal toplamışdı. Maqnussen 2016-cı ildə Renault komandasında Colion Palmeri üstələdikdən sonra 2017-ci ildə Haas komandasına transfer olunub.

Kevin Maqnussen: “Qrojanla yarışmaq əyləncəlidir. Bir komanda yoldaşından istəyəcəyiniz hər şey onda var. Özümü onunla müqayisə edə bilirəm. Sürətli olmağı öyrənə bilərəm. Təcrübələrindən faydalana bilərəm. Məncə, yaxşı komanda yoldaşıdır. Adlı-sanlı komanda yoldaşınızın olması həmişə yaxşıdır. Onun sürətli olduğunu hamı bilir və buna görə də onunla yarışmaq çox gözəldir. Censondan çox sürətlidir, lakin Censon daha stabil idi. Roman zirvəyə yüksəlsə də, oradan tez enə bilir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*