C.Batton: “Karyeramı McLaren-də başa vurmaq istərdim”

Censon Batton Brawn GP komandasında titul qazandıqdan sonra McLaren-ə keçmişdi. Britaniyalı o gündən uğurunu təkrar edə bilməyib, amma Daily Mail […]

Censon Batton Brawn GP komandasında titul qazandıqdan sonra McLaren-ə keçmişdi. Britaniyalı o gündən uğurunu təkrar edə bilməyib, amma Daily Mail qəzetinə müsahibəsində bildirib ki, komandadan getmək fikrində deyil və karyerasını bu komandada başa vurmaq istəyir..

Censon Batton: “SÜrücülər komandadan narazı olanda və ya yeni çağırış axtaranda komandanı tərk edirlər, amma mən McLaren-də hələ istədiyimə nail olmamışam. Mənim üçün bu komanda uzunmüddətli əməkdaşlıq üçün əla fürsətdir, sonra isə mən karyeramı məhz McLaren-də başa vurmaq istərdim.

Yeni maşının Uokinqdə təqdimatı zamanı komandanın son 50 ildə hazırladığı titul qazanan maşınları görmək xoş idi, komandanın tarixini hiss etdim. Mən də bu tarixə öz təhfəmi vermək istəyirəm – nəinki qarşıdakı mövsümdə, elə gələcəkdə də.”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*