C.Batton: “Ferstappen ən sürətli pilotdur”

Formula1 üzrə 2009-cu ilin Dünya Çempionu Censon Batton gənc Maks Ferstappeni ən sürətli sürücü hesab edir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Formula1-də 2015-ci ildə Formula1-də debüt edib və 2016-cı ildə hələ 18 yaşında ikən karyerasının ilk qələbəsini qazanıb. Hazırda aktivində 7 qələbəsi olan Maks gələcəyin çempionluğa namizədi kimi göstərilir.

Censon Batton: “Məncə, Maks hazırda ən sürətli sürücüdür. Buna inanıram. Gənc sürücülərin edə biləcəyi səhvlər elədi. Amma indi mükəmməl performans göstərir. Çox xüsusi sürücüdür.

Lyuis Həmiltonla üç il komanda yoldaşı oldum. Onun çox güclü olduğunu yaxından görə bildim. Çox istedadlıdır. Lakin müqayisə doğru olmaz. Onu heç kimlə müqayisə edə bilmərik. Uzun illərdir ki, güclü komandada yarışır. Ürəyi nə istəyirsə, edir. Ancaq onu əfsanəvi sürücülərlə müqayisə etmək olmaz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*