K.Sayns: “Həmilton siqaret çəkir”

McLaren komandasının sürücüsü Karlos Sayns sabiq komanda yoldaşı Maks Ferstappeni beşqat Dünya Çempionu Həmiltondan üstün sayır.

F-1.az xatırladır ki, Maks sonnyarışlarda heyratamiz çıxış edir. Hollandiyalı sürücü sonuncu Belçika yarışının startında qəza edərək mübarizəni dayandırsa da, Həmiltonla birlikdə son 5 yarışın ən çox xal toplayan pilotudur.

Karlos Sayns: “Həmiltona 10 xallıq sistemdə 9 ya da 10 xal verərəm. Rosberq ayrılandan sonra Həmilton üzərində təzyiq hiss etmədi və yüksək səviyyəyə gəldi. Ferstappen hazırda ondan güclü olsa da, Spada səhv etdi.

Bottas həmişə güclü olub və potensialı var. Yüksək səviyyəli sürücüdür, amma Həmilton çox rahatdır. Elə bil bolid sürmür, siqaret çəkir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*