M.Ferstappen: Bu nəticəni xəyal belə etmirdim

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, belə üstün olacağını xəyalına belə gətirməyib.

F-1.az xatırladır ki, niderlandlı sürücü yarışa 14-cü yerdən başlasa da, finişə ən yaxın rəqibi Peresi 15 saniyə qabaqlayaraq 1-ci yerdə çatıb.

Maks Ferstappen: “İlk dövrə çox gərgin idi və qəzalardan qaçmağa çalışdım. Önümdə çox insident oldu, amma təhlükəsizlik maşınından sonra bolid əla işlədi.

Rəqiblərimi keçmək üçün düzgün yerləri seçdim və təkərləri qorumağa çalışdım. Bunun hesabına irəliyə getdik. Çox inanılmaz idi.

Çox xoşbəxtəm, çünki bu nəticəni xəyal belə etmirdim. Çox işləməyə davam etməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*