V.Bottas ilk qələbəsini qazanmaq istəyir

Williams komandasının sürücüsü Valtteri Bottas komandada qaldığı üçün xoşbəxt olduğunu bildirib.

F-1.az xatırladır ki, Bottas 2013-cü ildən bəri Williams-ın şərəfini qoruyur. Amma finlandiyalı sürücü hələ də qələbə qazana bilməyib. Bottasın adı Ferrari və Renault ilə hallansa da, 26 yaşlı sürücü daha bir il Williams komandasında qalmağı seçib.

Valtteri Bottas: “Williams-da beşinci mövsümümü keçirəcəyim üçün sevincliyəm. Gələn il yeni qaydalara görə həyəcanverici olacaq. Mən də komandaya 100 faiz gücümlə kömək edəcəm.

Williams mənim ailəm kimidir. Buraya 2010-cu ildə gəldim və 8 ildir ki, onların heyətindəyəm. Burada özümü evimdəki kimi hiss edirəm. Birlikdə çoxlu xatirələrimiz oldu. Biz komanda olaraq yarışlar qazanmaq üçün buradayıq.

Artıq daha təcrübəli sürücüyəm və komanda daxilində əsas rolu oynamağa hazıram. Özümü güclü hiss edirəm. Komandanı inkişaf etdirmək üçün əlimdən gələn hər şeyi etməyə hazıram. Komanda yoldaşımla yaxşı cütlük olacağımızdan əminəm.

Formula1-də hələ də qələbə qazana bilməmişəm. Amma hazırda əsas hədəfim budur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*