Ferrari təsdiq edib: Velas və Snapdragon-la yollar ayrılıb

Ferrari komandası Velas və Snapdragon ilə yollarını ayırıb.

F-1.az xatırladır ki, bu ayın əvvəlində Ferrari-nin bu iki şirkətlə yollarını ayırdığı iddia edilirdir. Bunun əsas səbəbi isə bu iki şirkətin loqotiplərinin Ferrari-nin saytından yığışdırılması idi.

Lakin “qırmızılar” bu gün bu məlumatı təsdiqləyiblər: “Heyif ki, Velas-la olna müqaviləmiz vaxtından əvvəl ləğv olunub. Detallar barədə açıqlama verməyəcəyik”.

Bundan başqa Snapdragon ilə də yollar ayrılıb. bəzi iddialara görə Snapdragon Mercedes ilə anlaşıb.

Bu iki sponsorun itirilməsi Ferrari-yə 55 milyon dollara başa gəlib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*