M.Antonini Ferrari-nin sirlərini açıb

Ferrari-nin sabiq mətbuat katibi Alberto Antonini bildirib ki, Lyuis Həmilton və Ferrari barədə xəbərləri britaniyalı sürücü özü yayır.

F-1.az xatırladır ki, son günlərdə altıqat Dünya Çempionunun 2021-ci ildə Ferrari-yə keçəcəyi barədə xəbərlər artıb. Hətta 34 yaşlı sürücünün iki dəfə Ferrari-nin prezidenti Con Elkanla görüşdüyü iddia edilib.

Alberto Antonini: “Bu iddiaların real olub-olmadığını bilmirəm. Ancaq daha əvvəl Rəykkönenin yerinə sürücü axtararkən Rosberq Maranelloya gəldi və bazanı gəzdi. Lakin o dövrlər heç kim bunu bilmədi. Keçmişdə Toto Volff belə Maranelloya gəlmişdi. Onunla restoranda yeyib-içməyə də getdik və komandadan hamı orada idi. Ancaq bu barədə heç nə yazılmadı. Yəni ki, bir toplantını gizli tutmaq istədiyinizdə bunu edə bilərsiniz. Əgər Elkanla Həmilton arasındakı danışıqlar hər yerdə yazılırsa, deməli bunu bir nəfər mətbuata çatdırıb. Çətin keçən mövsümdən sonra Ferrari bu xəbəri yaymaz. Bu hal növbəti mövsüm sürücülərə pis təsir edə bilər. Bəziləri düşünür ki, Mercedes gələn il Həmiltonla yeni müqavilə bağlayacaq, ancaq, məncə, onlar Ştutqartdakı Formula1 maliyyəsinin kəsilməməsi üçün danışıqlar aparırlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*