Sinqapur-2022: Üçüncü sərbəst yürüşlər

Bu gün səhər yağış yağıb, sonra zəifləyib, məşqlərdən əvvəl yenə güclənib. Qadınların yarış seriyası isə yarımçıq dayandırılıb.

F-1.az bildirir ki, Bernd Maylander trasın vəziyyətini qiymətləndirmək üçün TM ilə bir dövrə vurub. Sessiyanın başlanma vaxtı çatsa da, qırmızı işıqlar yanmağa davam edib. Mexaniklər pit yolunu qurutmağa çalışıblar, xüsusi texnika ilə trsadakı su da kənara atılıb. Yalnız yarım saat sonra yaşıl işıq yanıb və Qasli hamıdan tez boksu tərk edib.

Trasın vəziyyəti getdikcə yaxşılaşıb və 10 dəqiqə sonra keçid təkərləri görünməyə başlayıb. Tras sürüşkən olsa da, heç bir insident yaşanmayıb. Latifi, Elbon, Qasli və Rassell təhlükəsizlik ciblərinə giriblər, Tsunoda maneəyə toxunub, lakin maşın zədələnməyib.

Mik Şumaxerin maşınında arxa təkər yaxşı bərkidilməyib. Pit yolunda maşınını arxaya çəkərək səhvi aradan qaldırıblar. Stüardlar məsələni nəzarətə götürsələr də, heç bir cəza verilməyib.

Protokollara 1:57.782-lik nəticə ilə Şarl Lekler başçılıq edib. Bizi çox maraqlı sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 16 Şarl Lekler Ferrari 1:57.782 11
2 1 Maks Ferstappen Red Bull 1:58.308 + 0:00.526 12
3 55 Karlos Sayns Ferrari 1:58.848 + 0:01.066 12
4 14 Fernando Alonso Alpine 1:59.429 + 0:01.647 9
5 11 Serxio Peres Red Bull 1:59.526 + 0:01.744 11
6 18 Ləns Stroll Aston Martin 2:00.373 + 0:02.591 11
7 31 Esteban Okon Alpine 2:00.911 + 0:03.129 9
8 5 Sebastyan Fettel Aston Martin 2:01.007 + 0:03.225 11
9 63 Corc Rassell Mercedes 2:01.010 + 0:03.228 10
10 3 Daniel Rikkardo McLaren 2:01.036 + 0:03.254 13
11 20 Kevin Maqnussen Haas 2:01.089 + 0:03.307 13
12 44 Lyuis Həmilton Mercedes 2:01.220 + 0:03.438 8
13 10 Pyer Qasli AlphaTauri 2:01.245 + 0:03.463 15
14 47 Mik Şumaxer Haas 2:01.502 + 0:03.720 13
15 22 Yuki Tsunoda AlphaTauri 2:01.679 + 0:03.897 14
16 4 Lando Norris McLaren 2:01.791 + 0:04.009 13
17 23 Aleksander Elbon Williams 2:01.907 + 0:04.125 13
18 77 Valtteri Bottas Alfa Romeo 2:02.066 + 0:04.284 11
19 23 Quanyu Çjou Alfa Romeo 2:02.599 + 0:04.817 11
20 6 Nikolas Latifi Williams 2:03.510 + 0:05.728 10
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*