Lekler Bakıda cərimələnə bilər

Gələn həftə Bakıda Şarl Lekler güc qurğusunu dəyişdiyinə görə cərimə ala bilər.

İtaliya Qran Prisidən etibarən Ferrari komandasında dövrədə ADUO1-lə müqayisədə təxminən 0.2 saniyə daha sürətli keçməyə imkan verən yenilənmiş ADUO2 spesifikasiyalı güc qurğusundan istifadə olunub.

Monzadakı yarış zamanı Şarl ciddi qəza keçirib və Maranellodakı bazada aparılan rentgen müayinəsi ADUO2-li mühərrikin bərpa olunaraq yenidən istifadə edilə biləcəyini təsdiqləsə də, reqlament mühəndislərə hər şeyin qaydasında olub-olmadığını yoxlamaq üçün mühərriki maşından kənarda ayrı şəkildə işə salmağa icazə vermir.

İspaniya Qran Prisi zamanı Lekler ADUO1-li köhnə güc qurğusundan istifadə edib – şəhər trasında daha güclü versiyaya ehtiyac olmayıb, lakin yaxın yarışlarda monakolu sürücü ADUO2 təkmilləşdirmələri ilə yeni güc qurğusu alacaq, Monzada zədələnmiş versiyadan isə mövsümün sonuna qədər məşqlərdə istifadə edəcək.

İspaniya Qran Prisindən sonra Ferrari komandasının rəhbəri Frederik Vassyör Canal+ telekanalına müsahibəsində icazə verilən dörd mühərrik fonunda beşinci mühərrikin quraşdırılmasının zəruriliyinə işarə edib: “Şarl üçün mühərrik dəyişikliyinə görə cərimə ilə nə vaxt barışmalı olacağımızı görəcəyik, amma Bakı belə dəyişiklik üçün uyğun yerdir”.

Güc qurğusu dəyişdiriləcəyi təqdirdə, Şarl cərimələnəcək və yarışa son sıralardan start verəcək.

, , ,